Superliqada 23-cü tura start verildi
Avropa liqaları

Superliqada 23-cü tura start verildi

  • 2022-01-23

Türkiyə Superliqasında 23-cü tura start verilib.

İlk oyun günündə dörd qarşılaşma keçirilib. Səfərdə "Yeni Malatyaspor"la qarşılaşan "Beşiktaş" turu xal itkisi ilə başa vurub. "Fənərbaxça" da "Sivasspor"la səfər oyunundan 1 xalla ayrılıb. "Başakşəhər" isə bu dəfə doğma meydanda "Göztəpə"yə məğlub olub. "Adana Dəmirspor" isə "Fatih Karagümrük"lə ev oyununda 5 cavabsız qola sevinib.

Türkiyə Superliqası
23-cü tur

22 yanvar

"Yeni Malatyaspor" – "Beşiktaş" - 1:1
Qollar: A.Büyük, 84-pen – A.Teyşeyra, 62.

"Adana Dəmirspor" – "Fatih Karagümrük" - 5:0
Qollar: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83.

"Sivasspor" – "Fənərbaxça" - 1:1
Qollar: P.Enrike, 74 – Zayç, 18.

"Başakşəhər" – "Göztəpə" - 1:2
Qollar: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87.