"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu
Avropa liqaları

"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu

  • 2022-01-21

Belçika millisinin  sabiq futbolçusu Tomas Vermalen karyerasını başa vurub.

Bu barədə Belçika Futbol Assosiasiyasının saytı məlumat yayıb. 36 yaşlı veteran müdafiəçi Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi təyin olunub.

Qeyd edək ki, Vermalen Belçika millisində 85 oyuna çıxıb. O, "Ayaks", "Arsenal", "Barselona" və "Vissel Kobe" kimi klublarda oynayıb.