Superliqada 22-ci tur davam edir
- 2022-01-20
Türkiyə Superliqasında 22-ci tur davam edir.
Növbəti oyun günündə 4 görüş keçirilib.
"Fənərbaxça" "Altay"ı qəbul edib və əzmkar qələbə qazanıb - 2:1. Lider "Trabzonspor" "Girəsunspor"la üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. "Başakşəhər" isə "Kayserispor"la oyunda məğlubiyyətə üzülüb - 0:1. Bununla da İstanbul klubunun məğlubiyyətsizlik seriyası qırılıb. Komanda 12 oyundan sonra uduzub.
19 yanvar
Türkiyə Superliqası, 22-ci tur
"Rizəspor" – "Antalyaspor" (yarımçıq dayandırılıb)
"Göztəpə" – "Sivasspor" - 2:1
Qol: Nukan, 22. Tiyaniç, 80 – P.Enrike, 49-pen.
"Kayserispor" – "Başakşəhər" - 1:0
Qol: U.Dəmirok, 73.
"Trabzonspor" – "Girəsunspor" - 1:1
Qol: Kornelius, 78 – U.Nayir, 68.
"Fənərbaxça" – "Altay" - 2:1
Qol: İ.Kahveçi, 37. S.Dursun, 71 – Rayan, 14.
Bu nəticələrdən sonra "Trabzonspor" 51 xalla 1-ci, "Konyaspor" 42 xalla 2-ci, "Fənərbaxça" 36 xalla 3-cü, "Beşiktaş"la, "Hatayspor" 35 xalla müvafiq olaraq 4-cü və 5-ci, "Başakşəhər" 34 xalla 6-cı pillədə qərarlaşıb.