Superliqa matçı yarımçıq dayandırıldı
Avropa liqaları

Superliqa matçı yarımçıq dayandırıldı

  • 2022-01-18

Türkiyə Superliqasının 22-ci turunda bu gün keçirilən "Qaziantep" - "Yeni Malatyaspor" matçı yarımçıq dayandırılıb.

Buna güclü qar səbəb olub. Görüşün baş hakimi fasilədən sonra komandaların meydana çıxmasına icazə verməyib. Qonaqların baş məşqçisi Marius Sumudika hakimin qərarına etiraz edib və qırmızı vərəqə ilə cəzalandırılıb.

İlk hissədən sonra hesab açılmayıb. Hər iki klub matçın sabah keçiriləcəyini açıqlayıb.