Superliqada bu mövsümə Ahmet Çalıkın adı verildi
- 2022-01-18
Türkiyə Superliqasının 2021/22 mövsümü "Konyaspor"un avtomobil qəzasında həlak olan futbolçusu Ahmet Çalıkın adını daşıyacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası ("TFF") məlumat yayıb. Qurumun İdarə Heyətinin iclasında mövsümün qalan hissəsinin "Ahmet Çalık mövsümü" kimi yazılması qərara alınıb.
Qeyd edək ki, Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ahmet Çalık yanvarın 11-də idarə etdiyi avtomobilin yolun kənarına yuvarlanması səbəbindən vəfat edib.