Santuş "The Best" seçimində Ronaldoya səs vermədi
- 2022-01-18
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş FİFA-nın "The Best" mükafatlandırılması üçün səs verərkən yığmanın kapitanı Kriştiano Ronaldonu üçlükdə görməyib.
"FİFA"nın rəsmi saytına istinadən, milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər arasında keçirilən sorğuda iştirak edən çalışdırıcı "Çelsi"nin yarımmüdafiəçisi Nqole Kanteni birinci yerə layiq bilib və ona 5 xal verib.
67 yaşlı mütəxəssis "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyoya 3, "Bavariya"nın polşalı hücumçusu Robert Levandovskiyə isə 1 xal verib.
Xatırladaq ki, "The Best" mükafatını Levandovski qazanıb.