2021-ci ilin ən yaxşı qapıçısı seçildi
Avropa liqaları

2021-ci ilin ən yaxşı qapıçısı seçildi

  • 2022-01-18

FİFA 2021-ci ilin ən yaxşı kişi qapıçısının adını açıqlayıb.

"Çelsi"nin qolkiperi Eduar Mendi bu ada layiq görülüb. O, səsvermədə "PSJ"dən Canluici Donnarumma və "Bavariya"dan Manuel Noyeri qabaqlayıb.

Xatırladaq ki, Mendi UEFA-dan da 2021-ci ilin ən yaxşı qapıçısı mükafatını qazanıb.