Marselo "Real"ın tarixinə düşdü
Avropa liqaları

Marselo "Real"ın tarixinə düşdü

  • 2022-01-17

"Real"ın kapitanı Marselo klubun tarixinə düşüb.

34 yaşlı müdafiəçi "Atletik"i 2:0 hesabı ilə məğlub etdikləri Superkubokun final matçında buna nail olub.

Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və Madrid klubunun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.

Marselo hazırda Fransisko Gento ilə birlikdə "kral klubu"nda ən çox titula sahib çıxan futbolçudur.

Qeyd edək ki, "Marselon" 2007-ci ildən "Real"da çıxış edir.