Karvahal final oyununu buraxacaq
- 2022-01-14
"Real"ın futbolçusu Dani Karvahal koronavirusa yoluxub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi karantinə alınıb. Bu da o deməkdir ki, Karvahal İspaniya Superkubokunun finalında "Atletik" ilə görüşü buraxacaq.
Qeyd edək ki, yanvarın 16-da keçiriləcək "Real" - "Atletik Bilbao" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.