Xames Rodrigez rəqibinin həyatını xilas etdi
Avropa liqaları

Xames Rodrigez rəqibinin həyatını xilas etdi

  • 2022-01-13

Qətər çempionatının 13-cü turunda "Əl Rəyyan" – "Əl Vakra" matçında qəribə hadisə yaşanıb.

Qonaqların futbolçusu Usman Kulibali huşunu itirib. Bu zaman "Əl Rəyyan" ən məşhur kolumbiyalı futbolçusu Xames Rodrigez onun həyatını xilas edib. Rodrigez Kulibalinin nəfəs almasına köməklik göstərib və huşunu özünə qaytarıb.

Futbolçunun huşunu itirməsinə səbəb ürəktutması olub.