Avropa liqaları

Dadaşovun qolu "Tondela"nı yarımfinala yüksəltdi - Video

  • 2022-01-13

Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" səfərdə "Rio Ave" ilə qarşılaşıb. 

Görüşün əsas vaxtı qolsuz başa çatıb. Buna görə də əlavə vaxta ehtiyac yaranıb. 95-ci dəqiqədə meydana daxil olan Dadaşov cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və "Tondela" yarımfinala vəsiqə qazanıb.