Superliqanın oyunu təxirə salındı
- 2022-01-12
Türkiyə Superliqasının 21-ci turunda "Başakşehir" və "Konyaspor" arasında keçirilməli olan görüş təxirə salınıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın təxirə salınmasına səbəb qonaq komandanın müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi olub.
Yanvarın 15-nə planlaşdırılan qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq.