Mbappeni ölümlə təhdid etdilər
- 2022-01-12
"PSJ"nin futbolçusu Kilian Mbappe ölümlə hədələnib.
Xəstəlikdən əziyyət çəkən Kamille adlı kiçik qız sosial şəbəkə vasitəsilə Mbappeyə səslənərək ondan komandada qalmasını istəyib. İzləyicilər isə Kamillenin statusuna təhqirlər yağdırıb. Mbappe həmin palyaşıma "Kamillem, savaşmağa davam et, hamımıza həyat dərsi verirsən. İnsanlıq əxlaqsızlaşıb", rəyini yazıb.
Bir qrup quldur dəstəsi bu sözlərdən qəzəblənərək oyunçunun böyüdüyü Parisdəki küçəyə gedərək, onun divardakı şəklinin üzərinə "Mbappe, sən öldün" yazıb.
Qeyd edək ki, Mbappenin "PSJ" ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onun yayda "Real"a keçəcəyi gözlənilir.