Günün maraqla gözlənilən qarşılaşması
Avropa liqaları

Günün maraqla gözlənilən qarşılaşması

  • 2022-01-12

Bu gün İspaniya Super Kubokunda "El-Klassiko" keçiriləcək.

İlk yarımfinal oyununda "Barselona" "Real Madrid" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "El-Klassiko" Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək.