"Barselona"nın yeni transferi bu nömrəni seçdi
Avropa liqaları

"Barselona"nın yeni transferi bu nömrəni seçdi

  • 2022-01-12

"Barselona"nın yeni transferi Ferran Torres klubunda forma nömrəsinə qərar verib.

Klubun mətbuat xidmətinə istinadən, o, 19 nömrəli forma ilə çıxış edəcək. Bu nömrə ilə daha əvvəl ürəyindəki problemlər səbəbindən karyerasını başa vuran Serxio Aquero oynayıb.

Qeyd edək ki, Torres bu ay "Mançester Siti"dən "Barselona"ya 55 milyon avroya transfer olunub.