Türkiyəli futbolçu dünyasını dəyişdi
- 2022-01-11
"Konyaspor"un futbolçusu Ahmet Çalık dünyasını dəyişib.
Bu barədə "NTV Spor" məlumat yayıb. 27 yaşlı müdafiəçi avtomobil qəzası nəticəsində vəfat edib.
Qeyd edək ki, A.Çalık Türkiyə millisinin sabiq üzvüdür. Oyunçu 2015-2017-ci illərdə yığmada 8 matç keçirib. O, ötən ildən "Konyaspor"da çıxış edirdi. 2017-2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Superliqasının qalibi olub.