"Fənərbaxça" evdə məğlub oldu
Avropa liqaları

"Fənərbaxça" evdə məğlub oldu

  • 2022-01-11

Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.

Son oyun günündə 1 görüş keçirilib. "Fənərbaxça" evdə "Adana Demirspor"u qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

10 yanvar

"Fənərbaxça" – "Adana Dəmirspor" - 1:2
Qollar: 
Valensiya, 29 – G.İnler, 34. Belhanda, 46.

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Adana Demirspor" 4-cü pilləyə yüksəlib. "Fənərbağça" isə 32 xalla 5-ci sıradadır.