Kamran Ağayev karyerasını bitirdi
Avropa liqaları

Kamran Ağayev karyerasını bitirdi

  • 2022-01-11

Millimizin sabiq qapıçısı Kamran Ağayev karyerasını başa vurub.

36 yaşlı qolkiper ötən gün qərarını çıxış etdiyi "Səbail" klubunun rəhbərliyinə bildirib.

Qeyd edək ki, 2008-2018-ci illərdə millimizdə çıxış edən Ağayev 78 oyunda meydana çıxıb. O, "Şəfa", "Turan", "Xəzər Lənkran", "Bakı", "Qəbələ", "Kayserispor", "Karşıyaka" (hər iki Türkiyə), "İnter" (Bakı), "Boavişta" (Portuqaliya), "Mlada Boleslav" (Çexiya) və "Keşlə"də də çıxış edib.