"Yuventus"da ciddi itki
- 2022-01-10
A seriyasının son turunda "Roma" ilə görüşdə zədələnən "Yuventus"un futbolçusu Federiko Kyezanın durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətinə istinadən, dizindən zədələnən futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Ona ön çarpaz bağların zədəsi diaqnozu qoyulub. İtaliya mətbuatı 24 yaşlı hücumçunun bərpa prosesinin təxminən 6 ay çəkəcəyini yazıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm 18 oyuna 4 qol vurub.