"Barselona"da ciddi itki
- 2022-01-10
"Barselona"nın müdafiəçisi Erik Qarsiya La Liqanın 20-ci turunun "Qranada" ilə matçında (1:1) zədələnib.
Klubun mətbuat xidmətinə istinadən, 53-cü dəqiqədə topu qapıdan çıxaran futbolçu sağ bud nahiyəsindən zədə alıb və bir dəqiqə sonra əvəzlənib. Onun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu isə o deməkdir ki, Qarsiya yanvarın 12-də "Real"a qarşı keçiriləcək İspaniya Superkubokunun yarımfinalında oynamayacaq.