Benzemadan unikal göstərici
Avropa liqaları

Benzemadan unikal göstərici

  • 2022-01-09

"Real"ın futbolçusu Kərim Benzema rekorda imza atıb.

"MisterChip"ə istinadən, fransalı hücumçu buna La Liqanın 20-ci turunda evdə "Valensiya"ya 4:1 hesabı ilə qalib gəldikləri matçda 11 metrlik cərimə zərbəsindən fərqlənməklə nail olub.

43-cü dəqiqədə hesabı açan 34 yaşlı oyunçu Madrid təmsilçisində yerinə yetirdiyi 15-ci penaltini də qola çevirməyi bacarıb. Benzema Madrid təmsilçisində bu sayda penaltini düzgün yerinə yetirən yeganə oyunçu olub.