Qrizmann sıradan çıxdı
- 2022-01-07
"Atletiko"nun futbolçusu Antuan Qrizmann təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
İspaniya mətbuatına istinadən, fransalı hücumçu İspaniya kubokunda "Rayo Majadahonda" ilə matçda (5:0) zədəsini ağırlaşdırıb. Bu səbəbdən o, 1 ay oynamayacaq.
Qeyd edək ki, Qrizmann bu mövsüm meydana çıxdığı 22 oyunda 8 qol vurub, 2 qolun ötürməsini verib.