Qazaxıstanlı futbolçu ilə əlaqə itib
Avropa liqaları

Qazaxıstanlı futbolçu ilə əlaqə itib

  • 2022-01-07

Moskvanın "SSKA" klubunun qazaxıstanlı futbolçusu Baxtiyer Zaynutdinovla əlaqə itib.

Rusiya mətbuatına istinadən, bu haqda onun agenti Yevgeni Novikov bildirib.

Qeyd edək ki, yanvarın 2-dən etibarən Qazaxıstanın müxtəlif şəhərlərində iğtişaşlar başlayıb. Zaynutdinovun istirahət üçün dekabrda vətəninə getdiyi bildirilir.

Futbolçunun agenti deyib ki, 2 gündür onunla əlaqə qura bilmir.