"Beşiktaş" – "Fənərbaxça" oyunu Bakıda ola biler
Avropa liqaları

"Beşiktaş" – "Fənərbaxça" oyunu Bakıda ola biler

  • 2022-01-06

Türkiyə Superkubokunun finalında 2011-ci ildə keçirilməli olan və təxirə salınan "Beşiktaş" – "Fənərbaxça" matçı Bakıda oynanıla bilər. 

Bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener öz sosial şəbəkə hesablarında paylaşım edib. O, sözügedən qarşılaşmanın Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb. 

Qeyd edək ki, 2011-ci ildə oyunun təxirə salınmasına səbəb "Fənərbaxça" rəsmilərinin adlarının danışılmış matçlarda hallanması olub. "Fənərbaxça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Superkuboku uğrunda matçın təşkilini  tələb edib. İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.