Alves tarixə düşdü
- 2022-01-06
"Barselona"nın futbolçusu Dani Alves yeni rekorda imza atıb.
Xarici KİV-lərə istinadən, o, buna İspaniya kubokunun 1/16 finalında "Linares"lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. 38 yaş 244 gün olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.
Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, "Barselona"nın heyətində son matçını 38 yaş 190 gündə keçirib.
Xatırladaq ki, Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun "Barselona" ilə hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.