Avropa liqaları

Türkiyə Superkubokunun qalibi bəlli oldu - Video

  • 2022-01-06

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Həlledici matçda Superliqanın və Türkiyə kubokunun son qalibi "Beşiktaş" "Antalyaspor"la qarşılaşıb.

Qətərin paytaxtı Dohada keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb. Penaltilər seriyasında daha dəqiq olan "Beşiktaş" Superkubokun qalibi olub.

"Beşiktaş" tarixində 9-cu dəfə Superkubokda qələbəyə sevinib. Bununla da "qara qartallar" 9 dəfə bu titula yiyələnmiş "Fənərbaxça" və "Trabzonspor"a çatıblar. Türkiyə Superkubokunu ən çox qazanan isə "Qalatasaray"dır – 16 dəfə.

5 yanvar

Türkiyə Superkuboku

"Beşiktaş" – "Antalyaspor" - 1:1 (penaltilər 4:2)
Qollar:
 A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.