"Arsenal" - "Liverpul" oyunu təxirə salındı
Avropa liqaları

"Arsenal" - "Liverpul" oyunu təxirə salındı

  • 2022-01-05

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində keçirilməli olan "Arsenal" – "Liverpul" matçı təxirə salınıb.

Bu barədə İngiltərə Futbol Liqası məlumat verib. Görüşün təxirə salınmasına səbəb "Liverpul"da kütləvi koronavirusa yoluxma halları olmasıdır. "Mersisaydlılar"ın müraciətini nəzərə alan təşkilatçılar matçın vaxtını yanvarın 20-nə dəyişib.

Yanvarın 13-də keçirilməli olacaq cavab oyunu isə ilk matç kimi təşkil ediləcək.