"Barselona"da daha 2 yoluxma
Avropa liqaları

"Barselona"da daha 2 yoluxma

  • 2022-01-05

"Barselona"nın daha iki futbolçusunda koronavirus aşkarlanıb.

Klubun saytına istinadən, Pedri və yeni transfer Ferran Torresin testi müsbət çıxıb. Onların karantinə alındığı bildirilib.

Qeyd edək ki, 21 yaşlı Torres bu ay "Mançester Siti"dən 55 milyon avroya "Barselona"ya tranasfer olunub.

Xatırladaq ki, bundan əvvəl Kataloniya təmsilçisində 10 futbolçu koronavirusa yoluxmuşdu.