"Qalatasaray" kubokda mübarizəni dayandırdı
Avropa liqaları

"Qalatasaray" kubokda mübarizəni dayandırdı

  • 2021-12-29

"Qalatasaray" Türkiyə kubokunda mübarizəni dayandırıb.

İstanbul təmsilçisi 5-ci tur matçında "Denizlispor" səddini keçə bilməyib. Görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Denizli təmsilçisi növbəti mərhələyə yüksəlib.

"Qalatasaray""Denizlispor" - 3:3 (penaltilər seriyası - 5:6)

Qollar: Depe, 9 (0:1), Öztürk, 29 (1:1), Darri, 38 (1:2), Dervişoğlu, 49 (2:2), Mohamed, 50 (3:2), Nelsson, 90+6-avtoqol (3:3)