Marselo karyerasını bitirir?
Avropa liqaları

Marselo karyerasını bitirir?

  • 2021-12-29

"Real"ın futbolçusu Marselo növbəti yay karyerasını bitirə bilər. 

Bu barədə "Marca" məlumat yayıb. Əgər 33 yaşlı müdafiəçi "kral klubu" ilə sözləşməsini yeniləməsə, karyerasını bitirəcək. Madrid təmsilçisinin bəzi nümayəndələri Marselo ilə müqavilənin uzadılmasının tərəfdarıdır. Lakin oyunçu hələlik bu barədə qərarını verməyib. 

Qeyd edək ki, Marselonun "Real"la sözləşməsi 2022-ci ilin yayına qədərdir.