"Yuventus" - "Napoli" oyunu təxirə salına bilər
Avropa liqaları

"Yuventus" - "Napoli" oyunu təxirə salına bilər

  • 2021-12-28

İtaliya çempionatının 20-ci turunun "Yuventus" - "Napoli" matçı təxirə salına bilər.

Bu barədə "Football Italia" məlumat yayıb. Bildirilib ki, A Seriyasında çıxış edən futbolçular arasında koronavirusa yoluxma hallarının artması səbəbindən sözügedən görüş təyin olunan vaxtda keçirilməyə bilər.

Yoluxmuşların siyahısında bir həftədir karantinə alınan "Napoli"nin kapitanı Lorenzo İnsinye də var.

Oyun yanvarın 6-ı keçirilməlidir. Qarşılaşma ilə bağlı qərar matç gününə yaxın vəziyyətdən asılı olaraq veriləcək.

Qeyd edək ki, hazırda "Napoli" A Seriyasının turnir cədvəlində 39 xalla 3-cü pillədə qərarlaşıb. "Yuventus" 34 xalla 5-ci yerdədir.