"Trabzonspor" evdə xal itirdi
Avropa liqaları

"Trabzonspor" evdə xal itirdi

  • 2021-12-26

"Trabzonspor" Türkiyə Superliqasında 19-cu tur oyununa çıxıb.

Komanda 19-cu turda "Başakşəhər"i qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xalını 46-ya çatdıran "Trabzonspor" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Konyaspor" 36 xalla 2-ci, "Başakşəhər" 33 xalla 3-cüdür.