"Ronaldo “Yuventus”un sistemini pozdu"
Avropa liqaları

"Ronaldo “Yuventus”un sistemini pozdu"

  • 2021-12-24

"Parma"da oynayan "Yuventus"un sabiq qapıçısı Canluici Buffon "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun Turin təmsilçisində oynadığı vaxtlardan danışıb.

"TUDN"ə istinadən, o deyib ki, portuqaliyalı oyunçunun "Yuventus"a keçidindən sonra klubun sistemi pozulub:

2017-ci ildə Çempionlar Liqasının finalına çıxdıq, çünki təcrübəli komandamız var idi. Amma hər şeydən əvvəl bir idik və heyətdə yer almaq üçün rəqabət çox güclü idi. Biz bu ruhu Ronaldo gələndən sonra itirdik. Ronaldonun "Yuventus"dakı ilk mövsümündə "PSJ"də idim. Sonrakı iki mövsümü birlikdə keçirdik. Yaxşı işlər gördük, amma Ronaldo "Yuventus"un sistemini pozdu".