Simeone ilk dəfədir bu uğursuzluqla üzləşir
Avropa liqaları

Simeone ilk dəfədir bu uğursuzluqla üzləşir

  • 2021-12-24

İspaniya La Liqasının 9-cu turundan təxirə salınmış matçda "Qranada" ilə qarşılaşan "Atletiko" rəqibinə 1:2 hesabı ilə uduzub.

Bundan əvvəl "Malyorka" (1:2), "Real" (0:2), "Sevilya" (1:2) ilə bacarmayan Madrid klubu üçün bu, ardıcıl 4-cü məğlubiyyət olub.

"Atletiko" Dieqo Simeonenin rəhbərliyi altında ilk dəfədir ki, ardıcıl 4 oyunu məğlub başa vurur.

Qeyd edək ki, "Atletiko" 29 xalla 5-ci pillədə qərarlaşıb. Lider "Real"ın 46 xalı var.