Messi antirekordunu təkrarladı
Avropa liqaları

Messi antirekordunu təkrarladı

  • 2021-12-23

"PSJ"nin futbolçusu Lionel Messi antirekordunu təkrarlayıb.

"Stats Foot"a istinadən, Fransa çempionatının 19-cu turunda səfərdə "Loryen"lə matçda (1:1) fərqlənə bilməyən argentinalı hücumçu bu mövsüm  Paris təmsilçisinin səfərdə keçirdiyi 8 oyunun heç birində qol vurmayıb.

Bu, onun karyerasındakı ən pis seriyasının təkrarıdır. 2006-cı ilin sentyabrından 2007-ci ilin martına qədər Messi "Barselona"nın heyətində ardıcıl 8 səfər oyununda fərqlənə bilməyib.