Avropa liqaları

"Liverpul"dan "Lester Siti" qarışında geri dönüş - Video

  • 2021-12-23

İngiltərə Liqa kubokunda "Liverpul" - "Lester Siti" oyununu keçirilib və mərhələni adlayan tərəf Liverpul təmsilçisi olub.

Oyunun 9 və 13 cü dəqiqələrində "Lester Siti"nin hücumçusu Cemi Vardi hesabı 0-2 edib bundan sonra 19 cu dəqiqədə Aleks Oksley Çemberleyn hesab arasındakı fərqi 1 topa endirib. Görüşün 33 cü dəqiqəsində "Lester"in 10 nömrəsi Meddison hesabı  1-3 edib və ilk hissə bu hesabla başa çatıb. İkinci hissənin ilk dəqiqəsində Yurgen əsas heyət oyunçularından Klop Jota, Milner və İbrahim Konateni meydana buraxıb və bu öz nəticəsini verib. Belə ki, oyunun 68 ci dəqiqəsində Minaminonun pası ilə qapıçı ilə təkbətək qalan Dieqo Jota bu fürsəti qaçırmayıb və hesabı yenidən 1 topa endirib. Görüşün sonun əlavə edilmiş 5 dəqiqənin sonuncusunda Milnerin pasını qola çeviren Mersesaydların Yaponiyalı oyunçusu Minamino hesabı 3-3 edib və oyun bu hesabla başa çatıb.

İngiltərə Liqa kuboku qaydalarına əsasən oyunlar bərabərə bitdikdə əlavə yarım saat oynanılmadan birbaşa penalti zərbələrinə keçilir. Burdada  daha dəqiq olan "Liverpul" oyunçuları (5-4) komandalarına qələbəni gətiriblər. 

Oyunun hazırlanmış qısa videoicmalı sizlərə təqdim edirik.