"Kriştiano uğur qazanmaq üçün daha çox çalışmalı idi"
Avropa liqaları

"Kriştiano uğur qazanmaq üçün daha çox çalışmalı idi"

  • 2021-12-22

"Bavariya"nın hücumçusu Robert Levandovski Lionel Messi ("PSJ") və Kriştiano Ronaldo ("Mançester Yunayted") haqda fikirlərini bölüşüb.

Xarici KİV-lərə istinadən, o deyib: 

"Mən peşəkar futbolçu olandan bəri Messi və Ronaldo həmişə digərlərindən üstün olublar. Onlar arasında həmişə duel olub. Kim ən yaxşısıdır? Hamısı hansı oyunçuya üstünlük verdiyinizdən asılıdır. Bu suala cavab vermək çətindir. Ronaldonun zəhmətinə hörmət edirəm. Messi üçün hər şey asan görünür. Düşünürəm ki, Kriştiano uğur qazanmaq üçün daha çox çalışmalı idi".