"Real" İskonu da itirdi
Avropa liqaları

"Real" İskonu da itirdi

  • 2021-12-21

"Real"ın futbolçusu İskonun koronavirus testi pozitiv çıxıb.

"Sport.es"ə istinadən, ispaniyalı futbolçu hazırda ev şəraitində karantindədir. Bu səbəbdən o, La Liqanın 19-cu turunda "Atletik"lə dekabrın 22-də keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, İskodan əvvəl "Real"da Luka Modriç, Marselo, Rodriqo, Marko Asensio, Qaret Beyl və məşqçi David Ançelotti də koronavirusa yoluxub.