"Real"la bu qədər fərq dəhşətlidir"
Avropa liqaları

"Real"la bu qədər fərq dəhşətlidir"

  • 2021-12-21

"Barselona"nın baş məşqçisi Xavi La Liqada "Real"la rəqabətdən danışıb.

O, bununla bağlı "Marca"ya müsahibəsində deyib: "Aramızda 16 xal fərq var, bu, dəhşətlidir. Amma liqada hələ çox oyun var və biz heç nəyi istisna etmirik. Bu, nəticə və mübarizə bacarığı məsələsidir".

Xatırladaq ki, La Liqada "Real" 43 xalla liderdir, "Barselona" isə 27 xalla 7-ci yerdədir. Komandalar arasında 16 xal fərq olsa da, kataloniyalıların ehtiyatda 1 matçı var.