Onlar hələdə ən yaxşı olaraq qalır
- 2021-12-21
Yayda "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "Yuventus"dan, "PSJ"nin oyunçusu Lionel Messi isə "Barselona"dan ayrılmasına baxmayaraq, onlar sabiq klublarının 2021-ci il üçün ən yaxşı bombardiri olaraq qalır.
Bu barədə "Sport360" məlumat yayıb. 2021-ci ilin ilk hissəsində portuqaliyalı hücumçu Turin təmsilçisində 20, argentinalı futbolçu isə Kataloniya klubunda 28 qol vurub. Bu göstərici ilə onlar hələ də sabiq klublarının 2021-ci il ən yaxşı bombardiridirlər.
Qeyd edək ki, "Yuventus" A seriyasında 7-ci, "Barselona" isə La Liqada 7-ci yeri tutur.