Salah "İlin futbolçusu" seçildi
Avropa liqaları

Salah "İlin futbolçusu" seçildi

  • 2021-12-21

"Mirror Football"ın "Tvitter" səhifəsində keçirilən səsvermədə "Liverpul"un hücumçusu Məhəmməd Salah azarkeşlər tərəfindən Premyer Liqada təqvim ilinin ən yaxşı oyunçusu adına verilən "İlin futbolçusu" mükafatını qazanıb .

Səsvermədə 140 mindən çox azarkeş iştirak edib.

İkinci yeri "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays, üçüncü yeri "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes tutub .

Səsvermənin nəticələrinə görə ilk 20-liyə daxil olan digər oyunçular aşağıdakılardır

4. Filip Foden ("Mançester Siti")

5. Eduard Mendi ("Çelsi")

6. Meyson Maunt ("Çelsi")

7. Ruben Diaş ("Mançester Siti")

8. Kevin de Brüyne ("Mançester Siti")

9. Jorjinyo ("Çelsi")

10. Joao Kanselo ("Mançester Siti")

11. Mikail Antonio ("Vest Hem”)

12. Harri Keyn ("Tottenhem”)

13. Nqolo Kante ("Çelsi”)

14. Kriştiano Ronaldo ("Mançester Yunayted")

15. Markus Raşford ("Mançester Yunayted")

16. Trent Alexander-Arnold ("Liverpul")

17. Cek Qriliş ("Aston Villa", "Mançester Siti")

18. İlkay Gündoğan ("Mançester Siti")

19. Son Hın Min ("Tottenhem")

20. Yuri Tielemans ("Lester")