Messinin rekordunu qırdı
Avropa liqaları

Messinin rekordunu qırdı

  • 2021-12-20

"Ayaks"ın kapitanı Duşan Tadiç yeni rekorda imza atıb.

Serbiyalı hücumçunun rekordu Niderland çempionatının 16-cı turunda "Az Alkmaar"la görüşdə (2:1) qeydə alınıb. 33 yaşlı futbolçu bu oyunda il ərzində 37-ci qol ötürməsini edib.

Tadiç bununla da il ərzində ən çox qol ötürməsi edən futbolçu olub. O, bu göstəricidə "PSJ"nin futbolçusu Lionel Messini qabaqlayıb. Messi "Barselona"da çıxış etdiyi vaxt - 2011-ci ildə 36 məhsuldar ötürmə edib.