Ən yaxşı qollar açıqlandı
Avropa liqaları

Ən yaxşı qollar açıqlandı

  • 2021-12-18

Çempionlar Liqasında, Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

Bu barədə UEFA turnirlərin rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. "PSJ"sinin futbolçusu Lionel Messinin 2-ci turda evdə "Mançester Siti" ilə görüşdəki dəqiq zərbəsi birinci yerə layiq görülüb. Argentinalı hücumçu sözügedən qarşılaşmanın 74-cü dəqiqəsində uzaq məsafədən qol vurub. Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Lionel Messinin qolu 22 faiz səs toplayıb.

Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu isə Şotlandiya "Seltik"inin futbolçusu Kyoqo Furuhasinin evdə Macarıstan "Ferentsvaroş"una 2:0 hesabı ilə qalib gəldikləri 3-cü tur matçındakı dəqiq zərbəsi seçilib.

Konfrans Liqasında mərhələnin ən yaxşısı "Qarabağ"ın futbolçusu Kadi Borgesin 2-ci turda Kiprdə "Omoniya" ilə matçdakı dəqiq zərbəsi olub. Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.