Levandovskidən yeni rekord
Avropa liqaları

Levandovskidən yeni rekord

  • 2021-12-18

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

"Opta"ya istinadən, Bundesliqasının 17-cu turunda "Volfsburq"la matçda fərqlənən polşalı hücumçu bir təqvim ilində ölkə çempionatında vurduğu qolları sayını 43-ə yüksəldib. Bununla da, o, bu göstəricidə Gerd Müllerə məxsus olan turnir rekordunu yeniləyib.

Qeyd edək ki, G.Müller 1972-ci ildə bir təqvim ilində 42 qol vurmuşdu