"Real"da kütləvi yoluxma
Avropa liqaları

"Real"da kütləvi yoluxma

  • 2021-12-16

"Real"da koronavirusa kütləvi yoluxma halı baş verib.

Madrid klubunun rəsmi saytına istinadən, komandanın məşqçisi Davide Ançelotti (baş məşqçi Karlo Ançelottinin oğlu), futbolçular Marko Asensio, Qaret Beyl, Andrey Lunin və Rodriqonun koronavirus testi müsbət çıxıb.

Yoluxanların hər biri karantinə alınıb.

Qeyd edək ki, bundan əvvəl "Real"ın futbolçularından Luka Modriç və Marselonun də testi pozitiv çıxmışdı.