Kurtua ən yaxşı seçildi
Avropa liqaları

Kurtua ən yaxşı seçildi

  • 2021-12-16

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) bu ilin ən yaxşı qapıçılarının reytinqini təqdim edib.

Qurumun saytına istinadən, siyahı tərtib edilərkən ümumi oyun vaxtı, komandaların səviyyəsi, turnirlər nəzərə alınıb.

Siyahıda birinci yerdə "Real"ın qapıçısı Tibo Kurtua qərarlaşıb. Yan Oblak ("Atletiko") 2-ci, Manuel Noyer ("Bavariya") 3-cü olub.