Qvardioladan Aqueroya tərif
Avropa liqaları

Qvardioladan Aqueroya tərif

  • 2021-12-16

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ürəyində yaranan problemlərlə əlaqədar dünən karyerasını başa vurduğunu elan edən Serxio Aqueronun istedadını yüksək qiymətləndirib.

"Marca"ya istinadən, argentinalı hücumçunun vida mətbuat konfransında iştirak edən mütəxəssis deyib:

"Maradona İtaliyanı, Messi İspaniyanı, Aquero isə İngiltərəni fəth etdi. Onun statistikası danışır. O, təkbaşına matçlarda qalib gələ bilərdi, çünki onun daxili istəyi var idi və bu, onun inanılmaz istedadı idi. O, inanılmaz insandır".