Aquerodan futbola kədərli vida
Avropa liqaları

Aquerodan futbola kədərli vida

  • 2021-12-15

"Barselona"nın hücumçusu Serxio Aquero səhhətindəki problemə görə karyerasını bitirib.

33 yaşlı futbolçu bunu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, qərarı haqda danışarkən uzun müddət göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, argentinalı forvard oktyabrın 30-da "Alaves"lə matçda ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, bu ilin yayında "Mançester Siti"dən "Barselona"ya keçmişdi.

2006-cı ildən Argentina millisində çıxış edən Aquero 101 oyuna 42 qol vurub. O, "Barselona" və "Mançester Siti"dən başqa, ölkəsində "İndependente", İspaniyada "Atletiko" klubunda da çıxış edib.