Modriç və Marselo koronavirusa yoluxdu
Avropa liqaları

Modriç və Marselo koronavirusa yoluxdu

  • 2021-12-15

"Real"ın futbolçuları Luka Modriç və Marselo koronavirusa yoluxub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi və 33 yaşlı müdafiəçinin koronavirus testlərinin müsbət çıxdığı bildirilib. Sözügedən oyunçular karantinə alınacaqlar. Lakin onların yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil. 

Qeyd edək ki, Modriç 2012-ci, Marselo isə 2007-ci ildən Madrid təmsilçisində oynayır.