Levandovski Müllerin rekordunu təkrarladı
Avropa liqaları

Levandovski Müllerin rekordunu təkrarladı

  • 2021-12-15

"Bavariya" Almaniya Bundesliqasının 16-cı turunda "Ştutqart"a 5:0 hesabı ilə qalib gəlib.

Səfərdə dubl edən Robert Levandovski üçün bu oyun əlamətdar olub.

Polşalı hücumçu Gerd Müllerin rekordunu təkrarlayıb. O, Müller kimi il ərzində 42 qol həddinə çatıb. Müller bu rekorda 1972-ci ildə imza atıb.